Modern.az

Azərbaycanlı narkotacirə Rusiyada 12 il iş kəsildi

Azərbaycanlı narkotacirə Rusiyada 12 il iş kəsildi

Təhsil

8 Dekabr 2015, 13:17

Azərbaycan Respublikasının vətəndaşı, 39 yaşlı Elnur Vəli oğlu Əzizov Rusiyanın Kemerovo vilayəti Prokopyevsk rayonu məhkəməsi tərəfindən narkotik maddə satışı ilə məşğul olduğu üçün 12 il müddətinə azadlıqdan məhrum edilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2014-cü ilin yazında Kemerovonun Belovo şəhərində 9 qram heroini satmaq istəyərkən yaxanana azərbycanlı istintaq və məhkəmə proseslərində günahını etiraf etməyib.

Lakin məhkəmə şahid ifadələri və maddi sübutlar əsasında Elnur Əzizovu ittiham olunduğu 3 maddə üzrə təqsirli bilib.

O 12 illik həbs cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

 

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi