Modern.az

İtkin neftçilərin axtarışına xarici mütəxəssislər də cəlb olundu

İtkin neftçilərin axtarışına xarici mütəxəssislər də cəlb olundu

Təhsil

8 Dekabr 2015, 16:33


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarış əməliyyatının gücləndirilməsi məqsədilə xarici mütəxəssislər bu işə cəlb olunub.

Modern.az xəbər verir ki, bunu ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün mütəxəssislər artırılıb: “Onlar 10-cu özülün göyərtisinə qalxıblar və yanğının söndürülməsi üçün göstərişlər verirlər. İtkin düşənlər hələ ki tapılmayıb. Axtarışlar davam edir. Yanğın artmaması üçün bütün tədbirlər görülür. Hava proqnozundan asılı olaraq axtarışlar müxtəlif istiqamətlərdə davam edir”.


Xatırladaq ki, dekabrın 4-də baş vermiş qəzada itkin düşənlərdən 23 nəfərin meyiti tapılmayıb.

Emil Rasim

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi