Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az saytına verdiyi məlumata görə gəmilər və helikopterlər axtarışdadırlar:
“Helikopterlər sadəcə yanacaq üçün Zabrat qəsəbəsinə və Pirallahı adasına gəlir. Lazımi yanacaq doldurduqdan sonra xilasetmə işlərini davam etdirirlər. Hava şəraitinin dəyişməsinə baxmayaraq gəmilərlə də bağlı problem yoxdur.
Yağış və soyuq axtarışlar üçün maneə deyil”.
Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 32 nəfər xilas edilib.
İndiyədək 8 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışları davam etdirilir.
Gülşən RAUFQIZI