Modern.az

Con Kerri hələn həftə Rusiyaya səfər edə bilər

Con Kerri hələn həftə Rusiyaya səfər edə bilər

9 Dekabr 2015, 13:49


Amerikanın Dövlət katibi Con Kerri gələn həftə Rusiyaya səfər etmək niyyətində olduğunu deyib.

Modern.az xarici KİV-ə istinadən Parisdə iqlim dəyişkiliyi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edən Kerri Ukrayna və Suriya böhranlarını həll etmək üçün Moskvaya gedəcəyini deyib.

O, Rusiya prezidenti Vladimir Putin və xarici işləır naziri Sergey Lavrovla təkbətək görüşlərə ümid etdiyini də açıqlayıb.  

71 yaşlı Kerri sonuncu dəfə bu ilin mayında Rusiyaya getmişdi.

Diplomat Soçidə Putin və Lavrovla aktual geosiyasi problemləri müzakirə etmişdi.    

Vüqar İsmayılov   

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?