Modern.az

Serb müğənni Azərbaycan dilində "Sarı gəlin" oxudu – VİDEO

Serb müğənni Azərbaycan dilində "Sarı gəlin" oxudu – VİDEO

9 Dekabr 2015, 16:20


Rusiyalı fotoqraf İlmarın Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan "Belqrad simaları" adlı sərgisinin açılış mərasimində Azərbaycanın milli mahnısı olan "Sarı gəlin" səsləndirilib. 

"Sarı gəlin"i NIT qrupunun xanım müğənnisi İvana Muncu Azərbaycan dilində oxuyub. Açılış mərasimində "Sarı gəlin"lə yanaşı, serb və rus dillərində xalq mahnıları ifa olunub. 

Qeyd edək ki, sərgidə müxtəlif yaş, peşə və millətlərin nümayəndələrinin şəkilləri nümayiş olunub. Bununla Belqrad ahəngdarlığının harmonik mozaikası yaradılıb. Serbiya paytaxtında yaşayan azərbaycanlı Nərgiz Məmmədovanın da iştirak etdiyi sərgidə, həmvətənimiz tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib və serb oxuculara Azərbaycan milli mətbəxi haqqında kitab təqdim edib. (Report.az)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?