Modern.az

Əlverişsiz hava şəraiti axtarışları çətinləşdirib

 Əlverişsiz hava şəraiti axtarışları çətinləşdirib

Təhsil

9 Dekabr 2015, 20:38

 

SOCAR-ın "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir. Modern.az saytı xəbər verir ki, bunu bu gün saat 20:00-da operativ qərargahda keçirilən brifinqdə "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib.

O qeyd edib ki, axtarışla başlı FHN-nin hər gün 4 helikopetri, Sərhəd Qoşunlarının helikopetrləri və SOCAR-ın gəmiləri bu işlərə cəlb olunub.

Onun sözlərinə görə, ehtimal olunan bütün istiqamətlərdə axtarışlar aparılır" İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək: "Hazırda "Günəşli" yatağında 10 saylı dərin dəniz özülündə baş verən yanğının söndürülməsi istiqamətində 5 yanğınsöndürən gəmi çalışır. Yanan quyuları ram edərək 4 qaz quyusunun söndürülməsi ilə məşğuluq. Hazırda yanğınsöndürən gəmilər oradadır. Texniki tədbirlər aparılır ki, ilk növbədə özülü su ilə təmin edək".

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti, sərt dəniz havası, külək, dalğa xilasetmə tədbirlərini gecikdirir və axtarışları çətinləşdirib.

Modern.az       

     
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi