Modern.az

Avropa Liqası: “Qarabağ” səfərdə, “Qəbələ” Bakıda son oyunlarına çıxacaq

Avropa Liqası: “Qarabağ” səfərdə, “Qəbələ” Bakıda son oyunlarına çıxacaq

Təhsil

10 Dekabr 2015, 09:37


Bu axşam Bakı vaxtı ilə saat 22:00-da və dekabrın 11-nə keçən gecə saat 00:05-də keçiriləcək oyunlarla Avropa Liqasının qrup mərhələsinə yekin vurulacaq.

Azərbaycanı bu yarışlarda təmsil edən “Qarabağ” J qrupunda 7 xalla ikinci yerdə qərarlaşan “Anderlext”in qonağı olacaq. 4 xalla sonuncu yerdəki “Qarabağ” bu çətin oyunda qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazana bilər. Bu qrupun lideri “Tottenhem” (10 xalı var) öz meydanında “Monako”nu qonaq edəcək.

Fransa klubu qrupda 6 xalla ikincidir, səfər meydanında qələbə qazanarsa, növbəti mərhələyə adlaya bilər. Bu qrupdakı oyunlar Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.  

Digər təmsilçimiz “Qəbələ” saat 22:00-da Bakıda 10 xalla C qrupunun lideri olan “Krasnodar”ı sınağa çəkəcək.

Beş oyunda 2 xal qazanan “Qəbələ”yə bu oyunda qələbə də növbəti mərhələyə adlamağa yardımçı olmayacaq. Çünki öz meydanında PAOK-la (4 xalı var) oynayacaq Borrusiyanın “Dortmund” klubu (10 xalı var) da artıq növbəti mərhələyə keçib.   8 xalla A qrupunda ikinci olan Türkiyənin “Fənərbaxça” klubu İstanbulda sonuncu yerdəki (2 xalı var) “Seltik”i sınağa çəkəcək. Qrupun lideri “Molde” (10 xal) 6 xalla üçüncü olan “Ayaks”la öz meydanında qarşılaşacaq.

B qrupunun lideri “Liverpul” bir xal geridə olan “Sion”la, 3 xalla sonuncu yerdəki “Bordo” 5 xalla üçüncü yerdəki Kazanın “Rubin” komandası ilə Fransada oynayacaq.  

D qrupunda keçirdiyi bütün oyunlarda qalib gələn “Napöoli” 4 xalla axırıncı sıradakı Varşavanın “Legiya” klubunun qonağı olacaq. 6 xalla ikinci sıradakı “Mİdtjylland” isə öz meydanında “Brüqqe”ni (4 xal) qəbul edəcək.    

12 xalla E qrupuna başçılıq edən “Vilyareal” yalnız bir oyunda qalib gələn “Viktoriya” Pilzenlə səfərdə qarşılaşacaq. 5 oyundan sonra 4 qələbə ilə ikinci sıradakı Vyananın “Rapid” komandası sonuncu sıradakı (3 xal) Minsk “Dinamo”sunu sınağa çəkəcək.  

F qrupunda 1 xalla sonuncu olan “Kroninqen” öz meydanında 12 xalla liderliyi ələ keçirən “Braqa”nı qonaq edəcək. Bu qrupda ikinci olan “Marsel” (9 xal) 7 xalla üçüncü sıradakı “Liberets”lə rəqib meydanında görüşəcək.   A, B, C, D, E və F qruplarındakı oyunlar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.  

G qrupunda 13 xal toplamaqla növbəti mərhələyə vəsiqə qazanan “Latsio” 5 xal geridə olan “Sent-Etyen”lə səfərdə oynayacaq. Növbəti mərhələyə çıxmaq şansı olmayan “Dnepr” (4 xalı var) öz meydanında 2 xalı olan “Rosenborq”la üz-üzə gələcək.  

Türkiyənin daha bir təmsilçisi “Beşiktaş”ın da yarışdığı H qrupunda ilk üçlükdəki komandaların hər birinin növbəti mərhələyə çıxmaq şansı var. Bu qrupda 9 xalla lider olan İstanbul klubu səfərdə 7 xalı olan “Sportinq”in qonağı olacaq.

Qrup liderindən 1 xal geri qalan Moskvanın “Lokomotiv” komandası isə “Skenderbeu”nun (3 xalı var) meydanında növbəti mərhələyə çıxmaq şansını qorumaq üçün yarışacaq.    

İ qrupunun lideri “Bazel” (10 xalı var) səfərdə 5 xalla üçüncü sıradakı “Lex” Poznanla oynayacaq. İkinci sıradakı “Fiorentina” (7 xalı var) İtaliyada ondan iki xal geri qalan “Belenenses”i qəbul edəcək. 11 xalla K qrupunda birinci yerdə qərarlaşan “Şalke” növbəti mərhələyə çıxmaq şanı olmayan “Asteras” (4 xalı var” ilə rəqib meydanında oynayacaq. 9 xalla qrupda ikinci olan “Sparta” isə son sıradakı APOEL (3 xalı var) ilə Yunanıstanda qarşılaşacaq.   

L qrupunun lideri “Atletik” (12 xalı var) öz meydanında  3 xalla sonuncu sıradakı “AZ Alkmaarı sınağa çəkəcək. 9 xalla ikinci sıradakı Belqradın “Partizan” klubu isə 3 xal geridə olan “Aysburq”la öz meydanında oynayacaq.  

G, H, İ, J, K və L qruplarındakı qarşılaşmalar dekabrın 11-nə keçən gecə saat 00:05-də başlayacaq.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi