Modern.az

Eks-deputat baş redaktoru otağından qovdu

Eks-deputat baş redaktoru otağından qovdu

Təhsil

10 Dekabr 2015, 11:32

“İndicə 55-60 yaşlarında bir kişini mənim işçimi aldadaraq, otağıma "soxulduğuna" görə qovdum”. Modern.az saytı xəbər verir ki, bu sözləri eks-deputat, iş adamı Nazim Məmmədov özünün Facebook səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, otağından qovduğu şəxs özünü "Dahi" qəzetinin baş redaktoru Qədirov İbrahim Qürbət oğlu kimi təqdim edib.

“Utanmaz kimi deyir ki, “informasiya almaq istəyirəm”. Çox sadə yolla başa saldım: mənim adımı öyrənmisən, soyadım nədir?.. Bilmədi. Dedim məni tanımırsansa jurnalist deyilsən, çobansan”-,deyə Nazim Məmmədov qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi