SOCAR-ın “Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, “Günəşli” yatağında itkin düşmüş 23 neftçinin axtarışı bu gün də davam etdirilir.
Modern.az bildirir ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri itkin düşən neftçilərin axtarışlarına cəlb olunub. Bütün sərhədboyu zonada axtarışlar aparılır.
Qeyd edek ki, Hazırda 5 gəmi “Günəşli” yatağındakı yanğının söndürülməsi ilə məşğuldur.
Modern.az