Modern.az

Hələbə raket zərbəsi endirildi: 30 nəfər öldü

Hələbə raket zərbəsi endirildi: 30 nəfər öldü

10 Dekabr 2015, 13:45


Suriyanın Həkə şəhərinin qərb səmtinə endirilən artilleriya zərbələri azı 30 nəfərin həyatına son qoyub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, raket və minomyot zərbələri hərbi deyil, mülki binaları hədəf alıb.

Hadisənin Suriya ordusu, yaxud şəhərə nəzarəti ələ almağa çalışan müxalifət qruplaşmaları tərəfindən törədilməsi ilə bağlı dəqiq məlumat yoxdur.  

Suriyanın ikinci böyük şəhəri və iqtisadi paytaxtı sayılan Hələb 2011-ci ilin yayından döyüş meydanına çevrilib.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi