Modern.az

“Nardaranda Aşuraya heç imperiya mane ola bilmədi...”

“Nardaranda Aşuraya heç imperiya mane ola bilmədi...”

10 Dekabr 2015, 14:24


Milli Məclisin son iclasında Nardaranda baş verən hadisələrin müzakirəsi zamanı bir sıra qanunlarda dinlə bağlı sərtləşmələr aparıldı. Müzakirələr zamanı deputat Zahid Oruc Nardaranda dini meydanların adlarının dəyişdirilməsi məsələsini qaldırdı. O, bildirirdi ki, qəsəbədə dini bayraqların yığışdırılması ilə yanaşı, dini meydanların da adları dəyişdirilməlidir.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Modern.az-a açıqlamasında bu fikirlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, bu cür dəyişikliklər heç bir effekt verməyəcək:

“Zahid Orucun təfəkkürü başqa cürdür. Onun bu fikirləri reallaşsa belə, heç bir nəticə verməyəcək. 20 ildən çoxdur İmam Hüseyn meydanı bu cür adlandırılır. Bu, heç kəsin yadından çıxmaz. İmam Hüseyn müsibətinin aşura vaxtı anılmasına heç imperiya mane ola bilməyib. İnsanlar o meydanı o adla qəbul ediblər, qəlblərinə daxil olub”.

Natiq Kərimov bildirib ki, Nardaranda dini meydanların adları dəyişdirilsə də, insanların qəlbində elə adla qalacaq və hər kəs onu elə qeyd edəcək: “İmam Hüseyn meydanı, Əli meydanı və digərləri insanların qəlbinə keçib. Zahid Oruc özünü hakimiyyətə yarıtmaq üçün belə fikirlər səsləndirir. Heç kəsə lazım olmayan sözlərdir. Bu işləməz, qabağa getməyəcək”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi