Modern.az

“Elmira Süleymanova media ombudsmanı kimi işini düzgün qurmayıb”

“Elmira Süleymanova media ombudsmanı kimi işini düzgün qurmayıb”

Təhsil

10 Dekabr 2015, 14:32


Media ombudsmanı funksiyasını tam yerinə yetirə bilmir. Uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, media ombudsmanının jurnalistlərlə maraqlanıb onların problemlərinə diqqət etməsi nəzərə çarpmır.

Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov Modern.az-a açıqlamasında media ombudsmanının fəaliyyətini izləmədiyini, bu səbəbdən də bununla bağlı hər hansı fikir və ya təklif irəli sürə bilməyəcəyini bildirib:
“Elmira xanımın fəaliyyəti ilə əlaqədar deputatlar Milli Məclisdəki çıxışlarında müxtəlif fikirlər səsləndiriblər. Media ombudsmanının fəaliyyətini izləmədiyimdən o qədər məlumatlı deyiləm. Amma düşünürəm ki, Elmira Süleymanova insan hüquqları üzrə müvəkkil (ombudsman) olaraq işini düzgün qurmayıb. Ən böyük səhv ondan ibarətdir ki, insan hüquqları dedikdə, kollektivin hüquqlarını başa düşürlər. İnsan hüquqları dedikdə, fərdlərin hüququ başa düşülməlidir, bu zaman da fərdi öz hakimiyyətinin özbaşınalığından qorumaq lazımdır. Bu sahədə Elmira xanımın hər hansı bir fəaliyyəti hiss olunmur. Əvvəlcə insan hüquqları sahəsinə dair normaları bilmək lazımdır, sonra fəaliyyət mexanizmini ona uyğun qurmaq lazımdır. Milli Məclisdə olan zaman Elmira xanımın hesabatlarını dinləmişəm, düşünürəm ki, həmin hesabatlar heç də qənaətbəxş deyildi ”.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə Azərbaycanda uzun müddətdir ombudsman institutunun fəaliyyət göstərdiyini deyib: “Ombudsman institutu köklü bir institutdur. Media ombudsmanı yaradıldıqdan sonra bu sahəyə də xüsusi diqqət bir qədər artırılmalı idi. Amma gözlənilən nəticə əldə olunmadı. Ombudsman institutunun düzgün işləməsi üçün müəyyən müddət və siyasi institutların formalaşması lazımdır. Yalnız bundan sonra müxtəlif sahələrin ombudsmanları fəaliyyət göstərə bilər, o cümlədən də media ombudsmanı. Ombudsmanın işini düzgün qurması, fəaliyyətini davam etdirməsi üçün hakimiyyətin bütün sahələrində islahatlar aparılmalıdır, bu isə yalnız idarəçilikdə hakimiyyət qollarının sərbəstliklə təmin olunmasından sonra baş verə bilər ”.

Vüsalə QƏZƏNFƏRQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi