Modern.az

Ermənistan bir gündə 51 milyon kredit götürdü

Ermənistan bir gündə 51 milyon kredit götürdü

10 Dekabr 2015, 14:34



Ermənistan hökuməti dekabrın 10-da Beynəlxalq İnkişaf və Rekonstruksiya Bankında 2 ayrı kredit üzrə toplam 51 milyon dollar kredit götürüb. Modern.az Ermənsitan KİV-nə istinadən xəbər verir ki, 21 milyonluq birinci kredit tranşı ictimai maliyyə hesabatlarının və elektron idarəetmə sisteminin təkminləşdirilməsinə sərf olunacaq. Bu məbləğ 25 il ərzində önəniləcək.

İkinci kredit tranşı isə 30 milyon dollar həcmində olacaq və 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan 220 kilovoltluq “Ararat-2” və “Exeqanadzor” yarımstansiyalarının tikintisinə sərf olunacaq.

Bununla da Ermənistan 4,1 milyardlıq borc yükünü daha 51 milyon dollar ağırlaşdırmış olub. Maraqlıdır ki, ölkənin 2016-cı il büdcəsi cəmi 2,8 milyard dollar təşkil edir.

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi