Modern.az

Ukraynada daha bir gürcü könüllü ölüb

Ukraynada daha bir gürcü könüllü ölüb

10 Dekabr 2015, 16:01


Ukraynanın Donbas vilayətinin Opıtnoe kəndində Rusiyanın dəstəklədiyi separatçılara qarşı döyüşən İrakl Kuteliya digər könüllülər Aleksey Boldırev və Andrey Kupriyanovla birlikdə minaya düşüb.

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda özünün Facebook səhifəsində Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yazıb.

Xəbərdə bildirilir ki, Kuteliya Ukraynaya bu il yüzlərlə gürcü könüllü ilə birgə gəlib. Saakaşvili bəyan edib ki, bu, Ukrayna-Rusiya müharibəsində həlak olan 6-cı gürcü hərbçidir. 

Digər məlumata görə, 2014-2015-ci illərdə ən azı 7 Gürcüstan vətəndaşı Ukraynadakı müharibədə həlak olub. Onlardan biri – Şalva Buxaidze Rusiyameylli separatçılar tərəfində döyüşüb. Ukrayna tərəfdən döyüşərək həlak olan gürcülər isə bunlardır: Qeorqi Canelidze, Aleksandre Qriqolaşvili, Tamaz Suxiaşvili, Konstantin Laşxiya (Azov dənizində batıb), Qeorqi Barateli.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi