Bu gün Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılıb. Modern.az saytı xəbər verir ki, şikayət Nərimanov rayon Məhkəməsinin Cahangir Hacıyev barəsində çıxardığı 4 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub.
Sabiq sədr həbsdə saxlanılmasının istintaqın gedişinə mane ola biləcəyini bildirib. O qeyd edib ki, lazımi sənədlərin gətirilməsi üçün xaricə getməlidir. Bu fikirlərində istintaqdan yayınmaq istəyinin olmadığını vurğulayıb.
Məhkəmə Cahangir Hacıyevin şikayətini təmin etməyib.
O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Gülşən RAUFQIZI