Bu gün Saatlı, Sabirabad, Zaqatala, Lənkəran və Bərdə rayonlarının daha 13 kəndinə təbii qaz verilib. Modern.az saytı xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sabirabad rayonunun Çiçəkli kəndinə ilk dəfə təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, 228 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21946 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib. Hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Zaqatala rayonunun 826 abonenti olan Car və Abaəli kəndlərinə də ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, qazlaşdırma işləri zamanı ümumilikdə 69506 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 826 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün lənkaranlılar üçün də əlamətdar olan, Lənkəranın daha 2 kəndi ilk dəfə “mavi yanacaq”la təchiz edilib. Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, ümumilikdə 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25628 metr uzunluğunda metal və polietilen boru xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılsb.
Modern.az