Modern.az

“İqtisadi böhran sığorta bazarına da təsir edib” - RƏSMİ

“İqtisadi böhran sığorta bazarına da təsir edib” - RƏSMİ

11 Dekabr 2015, 17:04


“Qlobal proseslər, dünyada müşahidə edilən iqtisadi böhran, manatın devalvasiyası sığorta bazarına da təsirsiz ötüşməyib”.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirələr zamanı Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov deyib.

O qeyd edib ki, dünyada müşahidə edilən iqtisadi böhran bank sektorunda kreditləşmənin azalmasına təsir edib:

“Könüllü avtomobil sığortası, əmlak sığortası, ipoteka sığortası, kredit alan şəxslərin həyat və sağlamlığının sığortalanması və s. sığorta sahəsinə qismən təsir göstərir”.

Lakin Namiq Xəlilov bu ilin 11 ayında sığorta bazarında aktivlik olduğunu bildirib: “Bu ilin 11 ayında sığorta bazarında 5,3 faiz aktivlik müşahidə etmişik”.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi