Livanın paytaxtında Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu oğurlanıb. Modern.az bildirir ki, BBC-nin verdiyi xəbərə görə, Beyrutda bir qrup silahlı 40 yaşlı Hannibal Qəddafiyə hücum edib.
“The Telegraph”ın məlumatında isə bildirilir ki, 2012-ci ildən Omanda yaşayan 40 yaşlı Qəddafi Livanda həyat yoldaşına baş çəkib. “Sputnik” agentliyi isə xəbər verir ki, Qəddafinin oğlunu Livanın “Amal” şiə hərəkatının nümayəndələri ələ keçiriblər.Bir qədər sonra “Əl-Jadeed” telekanalının göstərdiyi kadrda Qəddafi onunla bağlı hər şeyin qaydasında olduğunu bəyan edib.
Modern.az