Modern.az

Tarkan evlənir

Tarkan evlənir

12 Dekabr 2015, 10:47


Türkiyənin tanınmış meqastarı Tarkan, nəhayət subaylığın daşını atmaq qərarına gəlib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, meqastarın bir neçə ildir birlikdə olduğu və gizli saxladığı sevgilisi ilə toya hazırlaşır.

Məlumatda qeyd edilir ki, ötən həftənin sonunda Tarkan evliliyə gedən yolda ilk ciddi addımını da atıb. Tarkan illər əvvəl İstanbulda şəhərdən uzaqda bir həyat yaşamaq üçün Anadolu yaxasındakı Öğümce kəndində bir evi satın alıb.

Tarkanın evlənməyi planlaşdırdığı əsmər sevgilisinin isə Kölndə yaşayan bir türk ailənin qızı olduğu bildirilir. İddialara görə, Tarkan keçə həftə çox yaxını olan  bir neçə adamla birlikdə sevgilisini görməyə də gedib. Qız evi ilə oğlan evi tərəfləri arasında söz kəsildiyi və evlilik hazırlığının başlandığı da istisna edilmir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi