Modern.az

Azay Quliyev: "Əfvlə bağlı müraciətlər araşdırılır”

Azay Quliyev: "Əfvlə bağlı müraciətlər araşdırılır”

12 Dekabr 2015, 11:11

 

"Əfvlə bağlı müraciətlər araşdırılır”. Modern.az xəbər verir ki, bunu Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliy günü münasibətilə əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

A.Quliyev bildirib ki, hazırda  Əfv Komisiyası işini davam etdirir: 

"Əfvlə bağlı müraciətlər araşdırılır. Bütün iş başa çatdıqdan sonra prezidentin son sözü olacaq və dövlət başçısı istədiyi vaxt müvafiq şəxslərin azadlığa buraxılması ilə bağlı sərəncam verəcək. Hazırda əfvin vaxtı və kimlərin buraxılacağı ilə bağlı nə mən, nə də komisiya üzvləri bir söz deyə bilər. Bir müddət sonra əfvlə bağlı geniş məlumat veriləcək. Əsas odur ki, əfv komisiyası işinə başlayıb və işlər müsbət istiqamətdə davam edir".

Ağa Akifoğlu

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi