Modern.az

Rusdilli qadın özünü üç övladı ilə birgə partlatdı

Rusdilli qadın özünü üç övladı ilə birgə partlatdı

12 Dekabr 2015, 11:28


Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində rus dilli qadının bomba partlatması nəticəsində ondan başqa üç uşağı və ölkənin xüsusi xidmətinin əməkdaşı həlak olub. Modern.az bildirir ki, bu haqda “Amerikanın səsi” Nanqarhar əyaləti hökumətinin nümayəndəsi Ataulla Hoqianiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Milli təhlükəsizlik direktorluğunun əməkdaşları rusdilli əcnəbi qadını üç uşağı ilə birlikdə yaraqlılarla əlaqədə şübhəli bilərək saxlayıblar. Saxlanılanı sorğu-sual etmək və ciddi axtarış üçün avtomobilə apararkən qadın bədəninə bağladığı partlayıcı qurğunu işə salıb.

Hadisəyə görə cavabdehliyi nə “Taliban” hərəkatı, nə də İraq-Şam İslam Dövlətini (İŞİD) dəstəkləyən yaraqlılar hələ ki öz üzərlərinə götürməyiblər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi