Modern.az

İtkin neftçilərin axtarışları davam etdirilir

İtkin neftçilərin axtarışları davam etdirilir

12 Dekabr 2015, 11:46


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, xilasedicilər sahilboyu ərazilərdə müşahidələr aparır: “Hazırda 2 gəmi və 3 helikopter dənizdə və sahilboyu ərazilərdə itkin düşən neftçilərin axtarışlarını davam etdirir”.

Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 32 nəfər xilas edilib.  
İndiyədək 7 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışları davam etdirilir.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi