Modern.az

Ayaz Mütəllibov Heydər Əliyevin məzarını ziyarət edəcək

Ayaz Mütəllibov Heydər Əliyevin məzarını ziyarət edəcək

12 Dekabr 2015, 11:55

 

Bu gün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür. Mərhum prezidentin anım günü ilə bağlı rəsmi və qeyri-rəsmi şəxslər Fəxri Xiyabanı ziyarət edirlər.

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov necə, bu gün ziyarətçilər arasında olacaqmı?

Eks-prezident Modern.az saytına bildirib ki, rəsmi anım tədbirində iştirak etmir: “Amma Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Xocalı faciəsinin qurbanlarının, 20 noyabrda həlak olanları yada salır, onların qəbirlərini ziyarət edirəm. Amma rəsmi tədbirlərdə iştirak etmirəm”. 

O qeyd edib ki, ziyarət üçün rəsmi günlərə ehtiyac duymur.

Gülşən RAUFQIZI


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi