Modern.az

Keçmiş baş nazirə hökm oxundu

Keçmiş baş nazirə hökm oxundu

12 Dekabr 2015, 12:03


Korrupsiyada ittiham olunan Qazaxıstanın keçmiş baş naziri Serik Axmetov cəzasını ümumi rejimli həbsxanada çəkmək şərtilə 10 il azadlıqdan məhrum edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, Axmetov prosesdə təqsirini boynuna alsa da, Qazaxıstan prezidenti Nursultan Nazrbayevdən etimadını doğrultmadığı üçün bağışlanmasını xahiş edib.

Keçmiş baş nazirini işinə Karaqanda vilayətinin cinayət işləri üzrə xüsusiləşdirilmiş rayonlararası məhkəməsində baxılıb. Axmetov əvvəlcə büdcə vəsaitlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz biznes fəaliyyəti ilə məşğul olmaqda ittiham edilib.

Ona həm də külli miqdarda rüşvət almaqla bağlı ittiham irəli sürülüb, sonradan prokurorluq bu maddəni ittiham aktından çıxarıb.

Serik Axmetova ittiham 2014-cü ilin noyabr ayında irəli sürülüb. Yüksək vəzifəli məmur barəsində ev dustaqlığı qərarı çıxarılıb. Onunla birlikdə cinayət işində Karaqanda vilayətinin keçmiş qubernatoru Baurjan Abdişev və Karaqandanın keçmiş meri Meyram Smaqulova da ittiham olunub.

Serik Axmetov 2012-ci ilin sentyabr ayından 2014-cü ilin aprel ayına qədər Qazaxıstanın baş naziri işləyib. Bundan sonra müdafiə naziri təyin edilib, 2014-cü il oktyabrın 22-də bu vəzifədən gedib. O 2009-cu ilin noyabr ayından 2012-ci ilin yanvarına qədər Karaqanda vilayəti administrasiyasının rəhbəri olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi