Avstraliyada yüzlərlə irqçilik əleyhinə olan adam Kronulledəki qarşıdurmanın 10-cu ildönümünü qeyd etmək üçün küçələrə çıxıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu zaman çimərlikdə etnik zəmində kütləvi qarşıdurma qeydə alınıb. Bu aksiya da dava-dalaşsız ötüşməyib.
İrqçilik əleyhinə olanlar yolda islamçıların əleyhinə olan digər hərəkatla qarşılaşıblar. Nümayişçilər arasında dava düşüb, ancaq ciddi nəticə qeydə alınmayıb.
Bununla belə, irqçilik əleyhinə olanlar özlərini kifayət qədər aqressiv aparıblar. Onların arasında “Antifa” hərəkatının qara paltarlı və üzləri maskalı nümayəndələri də olub. Onlar səs gücləndirici vasitəsilə qışqıraraq polisləri təhqir ediblər. Nəticədə iki nəfər saxlanılıb.