Modern.az

Bu gün Nardarana qaz veriləcək - AÇIQLAMA

Bu gün Nardarana qaz veriləcək - AÇIQLAMA

12 Dekabr 2015, 12:29


Nardaran kəndinin 500-dən çox abonentinin qazla təminatı bu gün  bərpa ediləcək.

Bu haqda Modern.az saytına məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev hazırda işçilərlə birlikdə kənddə olduğunu bildirib: “Texniki baxış keçirilən, qanunsuz xətlərdə təmizləmə aparılan, sayğacları quraşdırılan, yeni müqavilələr bağlanan mənzillərə təbii qazın verilişi bərpa ediləcək”.

İbrahim Kərbalayev qeyd edib ki, digər məhəllələrdə də işlər davam etdirilir:

“Növbəti günlərdə mənzillərin qazla təminatının bərpası davam etdiriləcək”.

Yay aylarından qazdan qeyri-qanuni istifadə hallarına görə təxminən 2 min abonenti olan Nardaran kəndinə mavi yanacağın verilməsi dayandırılıb.

Prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi