Eminə Ülkər Tarhanın sədri olduğu Anadolu Partiyasının bağlanması haqda qərar verilib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, 2014-cü ilin oktyabr ayında Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan millət vəkili və YARSAV-ın keçmiş başçısı Eminə Ülkər Tarhanın partiyasından istefa verərək qurduğu Anadolu Partiyası, geridə buraxdığı 1 ilin sonunda bağlanır.
Noyabr-ın 1-də keçirilən təkrar parlament seçkilərinə qatılmayan partiyada mübahisələrin qurulduğu gündən bu yana heç bitmədiyi bildirilir. Partiya qurucuları təşkilat konqresini 2014-cü ilin dekabr ayında keçirib, təşkilatlanmanı qısa müddətdə tamamlayaraq iyunun 7-də keçirilən parlament seçkilərinə qatılma haqqı qazanmışdı.Anadolu Partiyası iddialı girdiyi ilk seçkilərdə 27 min 642 səs (0,06 faiz) alaraq böyük bir peşmanlıq yaşamışdı. Bu nəticənin ardından partiyanın başçılıq divanı istefa vermişdi. Noyabrın 1-dəki seçkilərdən əvvəl bağlanma qərarı alan, Anadolu Partiyasının bağlama qərarının gələcək həftə qətiləşəcəyi gözlənilir.
Modern.az