Modern.az

İstirahət gününün hava PROQNOZU

İstirahət gününün hava PROQNOZU

12 Dekabr 2015, 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi iə əvəz olunacaq.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7,  gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər  bəzi  yerlərdə duman olacağı,  şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-5  dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi