Modern.az

Amerikalılar Suriyaya təyyarə ilə getməyəcəklər

Amerikalılar Suriyaya təyyarə ilə getməyəcəklər

12 Dekabr 2015, 13:29


ABŞ Dövlət Departamenti ölkə vətəndaşların Suriyanın hava məkanında təyyarə uçuşlarının təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.

“Biz xaricə səfər etməyi planlaşdıra ABŞ vətəndaşlarına qəti şəkildə məsləhət görürük ki. Seçdikləri marşrutun Suriyanın hava məkanından keçməsinə diqqət versinlər”, - Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Dövlət Departamentindən bildirilib.

Dövlət Departamenti vətəndaşları Suriya üzərindən uçuşların təhlükəli olduğu haqda xəbərdar edib. Bundan əlavə, adıçəkilən qurum ABŞ-ın Livandakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının da Suriya ərazisindən keçən  aviasiya reyslərdən istifadəsini qadağan edib. 

Bundan əlavə, Dövlət Departamenti ABŞ vətəndaşları üçün Livana getməyin də təhlükəli olduğunu bəyan edib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi