Modern.az

Lukaşenko Rusiya ilə Türkiyəni kompromisə çağırdı

Lukaşenko Rusiya ilə Türkiyəni kompromisə çağırdı

12 Dekabr 2015, 13:38


Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Türkiyəni kompromisə getməyə çağırıb. “Heç olmasa bir-birinizlə görüşmək üçün yarım adım atın ki, ölkələrinizi bir-birinə bağlayan xoş münasibətləri bərpa edəsiniz”, - Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Lukaşenko bu çağırışı , - dekabrın 12-də neytrallıq siyasətinə həsr olunan beynəlxalq konfransdakı çıxışında edib.

“Ehtirasların qızışması heç cür kömək deyil, heç olmasa bir-birinizlə görüşməkdən ötrü yarım addım atın. Bu halda problem həll olunacaq və bu zaman həmin xalqlar arasındakı əvvəlki xoş münasibətlər, yaxın əlaqələr bərpa olunacaq”, - Belarus lideri qeyd edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi