Modern.az

Miqrantların zinət əşyaları əllərindən alınacaq

Miqrantların zinət əşyaları əllərindən alınacaq

12 Dekabr 2015, 14:09


Danimarkaya gələn miqrantların zinət əşyalarının əllərindən alınaraq onların xərclərinin ödənməsini nəzərdə tutan qanun qəbul edilib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki,  İsveç dövlət televiziyası “SVT”nin xəbərində keçən həftə Danimarkanın ədliyyə və köçkün məsələləri üzrə naziri Sören Pintin qaçqınların zinət əşyasına əl qoyulması lazım olduğunu müdafiə edərək söyləyib: “Miqrantların qızıl-zinət əşyalarından  əldə ediləcək gəlir, qaçqınların xərclərini ödəmək üçün istifadə edilə bilər”.

Bu açıqlamadan sonra təklifin həftə ərzində qanun kimi qəbul olunduğu bildirilib.

Miqrantların nişan üzüyü, saat və cib telefonlarından başqa, qaçqınların üzərindən çıxan 300 avrodan yüksək qiymətli zinət əşyalarına əl qoyulacağı bildirilib.

Danimarka və İsveç ictimaiyyətində polisin bu qanunu necə tətbiq edəcəyi böyük reaksiyaya səbəb olub.

Ağa Akifoğlu

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi