Rusiyanın Voronej şəhərində əslən Azərbaycandan olan 37 yaşlı kriminal avtoritet öldürülüb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, hadisə “Lesnaya skazka” (“Meşə nağlıı”) kafesində baş verib. Dekabrın 11-də axşam saatlarında 37 yaşlı azərbaycanlının meyiti kafenin çıxışında aşkar olunub.
Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kriminal avtoritetin həmyerliləri ilə probleminin olduğu ehtimal edilir. O, mübahisəli məsələnin həlli üçün həmin kafeyə gəlib, ancaq tərəflər arasında razılıq əldə olunmayıb.
Azərbaycanlı kriminal avtoritet kafenin ehtiyat çıxışında güllələnib, sonra isə başını əzərək sifətini tanınmaz hala salıblar. Qatillər xarici avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Azərbaycanlı kriminal avtoritetin qohumlarının Voronejdə yaşadığı bildirilir. Onun özü isə Moskvada yaşayıb.
Modern.az