Modern.az

Suriyadakı türkmən bölgəsinə yerdən hücum başladı

Suriyadakı türkmən bölgəsinə yerdən hücum başladı

12 Dekabr 2015, 15:01


Əsəd rejimi Suriyanın Lazkiye çölündəki Bayırbucak türkmən bölgəsinə yeni bir quru hərəkatı başladıb. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hücumlara Rusiya da dəstək verir.

Məlumatda qeyd edilir ki, Əsəd rejiminə  aid birliklər bu gün səhər saatlarında Kırıkaltı təpəsinə istiqamətli əməliyyat  başlayıb.

“Anadolu” agentliyinin yerli qaynaqlardan aldığı məlumatlara görə,  havadan Rusiya hərbi təyyarələrinin də dəstək verdiyi hücumlarda rejim Kızıldağın cənubunda yerləşən Kırıkaltı təpəsi və Göğdağ kəndinə doğru  irəliləməyə çalışır.

Bölgədəki bir çox kəndin də bombardmana tutulduğu Türkmən dağında ölü  və yaralıların olduğu da qeyd edilir.

Strateji əhəmiyyətə sahib Kızıldağın cənubunda olan Göğdağ və  Kırıkaltı təpəsi, yüksək mövqedə olmaları səbəbi ilə əhəmiyyət daşıyır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi