Modern.az

Türkiyə şirkətləri Rusiyadakı tikintiləri başa çatdıra biləcəklər – AÇIQLAMA

Türkiyə şirkətləri Rusiyadakı tikintiləri başa çatdıra biləcəklər – AÇIQLAMA

12 Dekabr 2015, 15:10

Rusiyanın tikinti naziri Mixail Men Türkiyə şirkətlərinin bu ölkədəki obyektlərinin tikintisini başa çatdıracaqlarını deyib.

Modern.az  Türkiyə mediasına istinadən bildirir ki, nazir Mixail Men jurnalistlərə verdiyi açıqlamada deyib: “Hökumətə təqdim etdiyimiz təkliflər var. Türkiyə şirkətləri tikintilərini tamamlayacaqlar. Kimsənin onların altından stullarını çəkmək kimi planı yoxdur”.

Tikinti naziri əlavə edib ki, türkiyəli mütəxəssislərin iştirakı lazım olan strateji obyektlərin siyahısı da hazırlanacaq.

Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı siyasi və iqtisadi vəziyyət ciddi gərginləşib.

Ağa Akifoğlu

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi