Modern.az

Toyuna gedən atamanı partlatdılar

Toyuna gedən atamanı partlatdılar

12 Dekabr 2015, 17:27


Ukraynada separatçıların elan etdiyi “Luqansk Xalq Respublikası”nın ərazisində yerli kazakların atamanı Batya ləqəbli Pavel Dremov öz toyuna gedərkən öldürülüb. Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Pervomaysk-Staxanov yolunda atamanın olduğu avtomobil partladılıb.

Partlayış hansı vasitə ilə həyata keçirildiyi açıqlanmır. Qondarma respublikanın prokurorluğunda Dremovun öldüyü təsdiqləyiblər. Partlayış zamanı sürücü sağ qalıb.

39 yaşlı ataman Ukraynanın Voroşilovqrad vilayətinin Kadievka şəhərində anadan olub. Ukraynanın cənub-şərqindəki hərbi münaqişə zamanı Aleksey Mozqovoyun “Prizrak” batalyonu ilə əməkdaşlıq edib. Mozqovoy da 2015-ci ilin may ayında  Perevalsk-Luqansk yolunda təxribat nəticəsində məhv edilib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?