Modern.az

Kədər

Kədər

13 Dekabr 2015, 10:30

 “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsinə dərin ehtiramla ithaf edirəm 



Kədər, gəl yaxına

Gəl, söhbət edək

Gəl, qoşa ağlayaq

Birgə dərdləşək.

Gəl, kədər, qəlbimi

açım mən sənə

Hisslərim çevrilib indi

qəhərə...

Səbəb ki bəllidir

Bilirsən özün!

Gəl, bir də deyim,

Deyim dərdimi.

Deyim ki, məni

gör neçə gündür ki,

sən tərk etmirsən

Gəl sənə söyləyim

çətinliyimi...

Deyim ki, dözmürəm sınıq taleyə,

Arxasız, dayaqsız evə dözmürəm!

Deyimmi, bilirsən axı sən özün?!

Körpələr gülsünlər

istəyirəm mən!

Analar saçını yolmasın,

nolar?!

Bacılar qardaşa həsrət qalmasın!

Gəlinlər dul adı daşımasınlar!

Uşaqlar atasız olmasınlar qoy!

Kədər, yaxına gəl,

sözümü eşit!

Bu dərdi-ələmi tökmə üstümə

Gəl, sən bir yola gəl,

axı nolar?!

Gözlərə həsrətlə ələnmə bir də!

Nolar, küdurətin götür,

 uzaq ol!

Kədər, uzaq dolan sən buralardan

Gör neçə taledə sən

qurdun yuva?!...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi