Modern.az

“Günəşli” yatağında itkin düşən neftçiləri 1 təyyarə və 3 helikopter axtarır

“Günəşli” yatağında itkin düşən neftçiləri 1 təyyarə və 3 helikopter axtarır

13 Dekabr 2015, 17:06


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Modern.az saytı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bunnan başqa “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Xatırladaq ki, meyiti tapılmayan neftçilər 23 nəfərdir..

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi