Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğma kəndi Kələkidəki evinin fotoşəkli yayılıb. Modern.az saytı xəbər verir ki, şəkli Elçibəyin kürəkəni Aqil Səmədbəyli Facebook-da paylaşıb. O, şəkli bu satutsla yayıb.
"Bu şəklə diqqətlə baxın. Bu, prezident Elçibəyin Kələkidəki ata evidir. Bəli, o, prezident olanda da, devrildikdən sonra da məhz bu evdə yaşadı! Xalqın bir qəpiyini mənimsəmədi, Londonda bahalı saraylar almadı, yetim malı-qul haqqı yemədi!
Onun komandasından heç kimin Londonda bir daxması belə, yoxdu. İndi Kələkidəki bu ev bir az düzəldilib - o da Bəydən sonra...".