Modern.az

Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçılarının görüşünün vaxtı açıqlanıb

 Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçılarının görüşünün vaxtı açıqlanıb

13 Dekabr 2015, 20:18


Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. Modern.az saytı xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili bunu jurnalistlərə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, görüş dekabrın 21-22-də Tbilisidə keçiriləcək: “Üçtərəfli görüşdə ilk növbədə üç ölkə arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bununla yanaşı, biz, Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələrini də nəzərdən keçirəcəyik. Görüşdə, həmçinin, üç ölkə arasında əlaqələrin hərtərəfli inkişaf perspektivləri müzakirə ediləcək. Eləcə də son günlər üçün ən aktual olan məsələlərin müzakirəsi nəzərdə tutulur”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi