Modern.az

İŞİD tərəfdarı müəllimi bıçaqladı

İŞİD tərəfdarı müəllimi bıçaqladı

14 Dekabr 2015, 14:09


Paris yaxınlığındakı Obervilye şəhərində İraq-Şam İslam Dövləti (İŞİD) ilə əlaqəli olan kriminal epizod qeydə alınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı ibtidai sinif müəllimi məktəbin həyətində naməlum şəxsin hücumuna məruz qalıb.

Üzü örtülü şəxs müəllimə bir neçə bıçaq zərbəsi endirib və bunun İŞİD  adından Fransaya xəbərdarlıq olduğunu deyib.

Bu, noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktlarından sonra İŞİD-lə bağlı ilk belə hadisədir.    

Vüqar İsmayılov      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi