Modern.az

İntizamı pozan deputatlar cəzalandırılacaqlar

İntizamı pozan deputatlar cəzalandırılacaqlar

14 Dekabr 2015, 14:35

Ağacan Abiyev: “İntizamı pozan deputatlar cəzalandırılacaqlar”


Milli Məclisin İntizam Komissiyasının ilk iclası dekabrın 17-də keçiriləcək. Bu haqda Modern.az saytına komissiyanın sədri, deputat Ağacan Abıyev məlumat verib. O qeyd edib ki, ilk iclasda deputatların parlamentin iclaslarında necə iştirak etmələrinə baxılacaq:

“Parlament yeni tərkibdə fəaliyyətə başlayıb. 3-4 ay lazımdır ki, deputatların işlərinə baxaq, kimlərin intizamı pozub-pozmadığını müəyyənləşdirək. Bəlkə, heç İntizam Komissiyasının iclaslarının keçirilməsinə ehtiyac qalmayacaq. Birinci iclasda iş planına baxılacaq”.

Ağacan Abıyev  Mədəniyyət komitəsinin iclasında iştirak etməyən Zeynəb Xanlarova və Ülviyyə Həmzəyevaya xəbərdarlıq göndərilməsi ilə bağlı da danışıb:

“İclaslar təzə başlayıb. Bundan sonra iclaslara gəlməyənlərin qayıblarına baxıb sədrə göstərəcəyik. Ondan sonra sədr bildirəcək ki, həmin şəxsi İntizam Komissiyası dəvət edib, xəbərdarlıq olunsun, ya yox. Hələ ki bu sessiyada iclasları izləyəcəyik. Kimsə intizamı pozacaqsa, onu qayıblarına görə cəzalandıracağıq”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi