Modern.az

Ermənistan-Türkiyə sərhəddinə Rusiya hərbçiləri yerləşdiriləcək

Ermənistan-Türkiyə sərhəddinə Rusiya hərbçiləri yerləşdiriləcək

14 Dekabr 2015, 15:10


Rusiya Ermənistan hökumətinin çağırışına cavab verərək Türkiyə-Ermənistan sərhədinə hərbi birliklər yerləşdirməyə hazırlaşır.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bu məlumatı Ermənistandakı mənbələr yayıb.  

Ərəbcə yayılan khabararmani.com erməni saytının xəbərinə görə, prezident Vladimir Putin Rusiya əsgərlərinin Ermənistana göndərilməsi qərarını imzalayıb və birliklərin yerləşdirilməsinə yaxında başlanacaq.  

Xəbərə görə, 7 min Rusiya əsgəri Rusiyanın 58-ci ordusunun seçmə birliklərindən yaradılacaq və Ermənistan-Türkiyə sərhəd bölgəsində sıfır nöqtəsinə yerləşdiriləcək.

Ermənistan Türkiyə sərhədinə yerləşəcək olan Rusiya hərbçiləri gücü raketlərə və tanklara da sahib olacaq.     

Bildirildiyinə görə, Rusiya hərbi birlikləri Ermənistanın Türkiyədən gələ biləcək bir hərbi hücuma qarşı Rusiyadan kömək tələbi üzərinə Ermənistana göndərilir.   Mövzu ilə əlaqədar hələ ki rəsmi bir açıqlama verilməyib.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi