Bakıda dayının bacısı oğlunu qətlə yetirməsinin səbəbləri məlum olub. Modern.az saytı xəbər verir ki, hadisə Qaradağ rayonunun Lokbatan qəsəbəsində qeydə alınıb. Cavanşir Qəhrəmanov küçəsindəki fərdi yaşayış evlərinin birində qəsəbə sakini Vahid Novruzov aralarında yaranmış münaqişə zəminində bacısı oğlu, 21 yaşlı Zaur Novruzovu bıçaqlayaraq qətlə yetirib.
Bu gün Musavat.com-un əməkdaşları qətlin baş verdiyi evdə olublar. Əldə edilən məlumata görə, hadisəyə qətlə yetirilən Zaur Novruzovun anası, 41 yaşlı Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında mübahisə səbəb olub. Zaur Novruzov anası ilə dayısının davasına müdaxilə edib. Vahid Novruzov bacısı oğlunun bud nahiyəsinə 1 bıçaq zərbəsi endirib. Yaralı gənc təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, o, yolda dünyasını dəyişib.
Faktla bağlı əraziyə Qaradag Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdasları cəlb olunub. Hadisəni törədən Vahid Novruzov saxlanılıb. Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Modern.az