Modern.az

Bakıda ər keçmiş həyat yoldaşını öldürüb intihar etdi

 Bakıda ər keçmiş həyat yoldaşını öldürüb intihar etdi

Təhsil

15 Dekabr 2015, 01:03


Paytaxtda dəhşətli qətl hadisəsi törədilib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb. Onların arasındakı mübahisənin motivi hələlik məlum deyil.

Samir Axundov Gülnar Axundovanı qətlə yetirdikdən sonra hadisə yerini tərk edib və öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra 8-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən özünü ataraq intihar edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, Samir Axundov narkotik aludəçisi olub.

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi