Bu il də Bakının ən böyük Yeni il yolkası Azadlıq meydanında qurulur. Modern.az xəbər verir ki, 35 metrlik nəhəng yolkanın hazırlığına 12 nəfər işçi, 4 ədəd texnika cəlb olunub. Hazırda yolkada plastik budaqlar qururlur. Daha sonra rəngarəng işıqlarla bəzədiləcək.
Yolkanın qurulmasına nəzarət edən məsul şəxs əməkdaşımıza bildirib ki, yolkanın hazır olmağı hava şəraitindən asılıdır. Havalar yaxşı olsa, yolka dekabrın 25-nə kimi hazır olacaq. Hava şəraiti işləməyə imkan verməsə yolkanın qurulmağı ayın 29-na kimi uzana bilər.
Yolkaya nəzarəti post-patrul xidməti həyata keçirəcək
Emil Rasim