Modern.az

Bakı Olimpiadasının qalibləri mükafatlandırıldı - FOTOLAR

Bakı Olimpiadasının qalibləri mükafatlandırıldı - FOTOLAR

14 Dekabr 2015, 20:10


Dekabrın 12-də Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İB-nin təşkilatçılığı və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin xarici dillər üzrə Bakı Olimpiadası” layihəsi çərçivəsində qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən AGDİY İB-nin sədr müavini Eyvaz Daşdəmirov “Gənclərin xarici dillər üzrə Bakı Olimpiadası” layihəsi haqqında məlumat verib.

O qeyd edib ki, layihə üç ay ərzində həyata keçirilib və layihənin əsas məqsədi gənclər arasında xarici dillərə olan marağı artırmaq, xarici dilləri öyrənməyə meyilliliyi inkişaf etdirməkdir.

“Bu məqsədlə müxtəlif tələbə və gənclər kollektivləri arasında bir neçə xarici dil üzrə müsabiqələr və yarışlar keçirilib. Bununla əlaqədar olaraq münsiflər və ekspertlər heyətinin təlimatları əsasında seçimdən keçən 50 nəfər gənc arasında inglis və rus dili üzrə qruplar yaradılıb. Bu dillər üzrə danışıq, oxuma və yazma müsabiqələri keçirilib. Həmçinin, inglis və rus ədəbiyyatı üzrə iştirakçıların bilikləri yoxlanılıb və onların arasında viktorinalar keçirilib”.

Olimpiadada 1-ci, 2-ci, 3-cü yerə layiq olanlar sertifikatla və qiymətli hədiyələrlə mükafatlandırılıblar. 


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi