“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hər zaman sərnişinlərini diqqətdə saxlayır. Bayramlarda, xüsusi günlərdə sosial tədbirlər keçirir, onlarda xoş təəssüratlar yaradacaq sürprizlər edir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, Yeni il bayramında da belə tədbir olacaq:
“Yeni il ərəfəsində sərnişinlər bütün metro stansiyalarında Şaxta baba və Qar qızla rastlaşa biləcəklər”.
Bayram atributlarının hansı tarixdən fəaliyyətə başlayacağı isə hələlik məlum deyil. Amma Nəsimi Paşayev Şaxta babanın tanınmış biri olacağını bildirib: “Əsl sürpriz bu olacaq”.
Tanınmış simanın kimliyinə gəlincə qurum rəsmisi “onda bu, sürpriz olmayacaq”deyə cavablandırıb. “Səbrli olaq və gözləyək”.
Gülşən RAUFQIZI