Modern.az

Avropalı vəkillər Ermənistanı məhkəməyə verən azərbaycanlılarla görüşə gəlirlər

Avropalı vəkillər Ermənistanı məhkəməyə verən azərbaycanlılarla görüşə gəlirlər

15 Dekabr 2015, 11:30


Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı barədə məlumat vermişdik.

Qərar bu ilin iyunun 16-da elan edilib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır. Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidirlər. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.

Məhkəmə prosesindən sonra oktyabr ayında məcburi köpçkünlərə Avropa İnsan Haqları Məhkəməsindən və Avropadakı vəkilləri tərəfindən mülkiyyətlərinin müəyyən edilməsi ilə bağlı məktub göndərilib. 1 ay ərzində cavab veriləcək məktubda isə məcburi köçkünlərin mülkiyyətləri, onların qiymətləri, əgər orada yaşasaydılar nə qədər qazanc əldə etmələri və s. bu tipli suallar ünvanlanmışdı.

Avropa İnsan Haqları Məhkəməsinə müracət edən Laçın rayonundan məcburi köçkün Fəxrəddin Paşayev Modern.az-a proseslə bağlı son yenilikləri açıqlayıb. O bildirib ki, artıq məktubu göndəriblər və bu işdə onlara Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov kömək edib.

“Əli Həsənov bizə kömək etdi, biz bütün sənədləri toplayıb, məktubu tərcümə edib öz vəkillərimizə çatdırmışıq. Bundan sonrakı prosesdə vəkillər mütəxəssislərlə məsləhətləşib uyğun rəqəm ilə məhkəməyə müraciət edəcəklər”.

F.Paşayev bildirib ki, böyük ehtimalla bundan sonra onların Avropa Məhkəməsindəki vəkilləri Bakıya gələcəklər.

“Düşünürəm ki, 20 gün müddətində onlar Bakıya gəlməlidirlər. Çünki mülkiyyətlə bağlı sənədlərimizi əsasən mütəxissislərlə məsləhətləşmələrdən sonra razılığa gəlinən uyğun rəqəmi bizim hökümətlə də razılaşdırmalıdırlar. Düşüncəmlə onlar həm bizimlə görüşmək, həm də hökümətlə məsələhətləşmək üçün Bakıya gələcəklər”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi