"Soyuq əllər, isti ürək" yarmarkasında Qanun Nəşriyyatı tərəfindən keçirilən imza günləri davam edir. Modern.az xəbər verir ki, Qanun evində dekabrın 16-ı, saat 14.00-dan 15.00-a qədər Azərbaycan yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin “Roman” adlı şeirlər kitabının imza günü keçiriləcək.
Rəşad Məcidin “Roman” adlı sevgi şeirləri silsiləsini həyəcansız oxumaq qeyri-mümkündür. Şeirdən-şeirə çılğın aşiqin duyğuları; təlaşı və tərəddüdləri, cəsarəti və qorxuları, ümidləri və gözləntiləri oxucunu təsirinə salır, olayların iştirakçısına çevirir. Rəşad Məcid “Roman”ını sadəcə oxumursan, həm də yaşayırsan...Bundan başqa, oxucuların müəllifin son illərdə nəşr olunmuş digər kitablarını – “Bir də gəlməyəcək”, “Çiyələk qadın” adlı şeirlər toplusunu, “Cığıraçan” adlı məqalələr toplusunu da öz imzası ilə əldə etmək şansı olacaq.