Modern.az

Belaruslu qadınları aldadan azərbaycanlı alfons yaxalandı

Belaruslu qadınları aldadan azərbaycanlı alfons yaxalandı

Təhsil

15 Dekabr 2015, 14:39


Belarusun Qomel şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı həbs olunub. Modern.az Belarus KVİ-nə istinadən xəbər verir ki, adı açıqlanmayan 44 yaşlı azərbaycanlı “odnoklassniki.ru” saytı vasitəsilə belaruslu xanımlara tanış olaraq onlardan müxtəlif bəhanələrlə pul alıb.

“Bizə məlumdur ki, azərbaycanlı fırıldaqçı azı 3 qadını aldadaraq onların 2 min dollardan artıq vəsatini mənimsəyib. O, yazışmalarda qadınlara özünü Azərbaycanda bizneslə məşğul olan şəxs kimi təqdim edib və sonradan onlara eşq elan edərək Belarusa gələcəyinə vəd verib. Bir müddət sonra quldurların hücumuna məruz qaldığını və pullarını itirdiyi üçün Belarusa gələ bilməyəcəyini deyib. Buna aldanan qaıdnlar dərhal azərbaycanlı alfonsa tələb olunan məbləği gönədriblər”, - Minsk polis idarəsinin zabiti Tatyana Oboznaya deyib.

Maraqlıdır ki, istədiyi məbləğ hesabına köçdükdən sonra azərbaycanlı həmin qadınlarla ünsiyyəti kəsib və onları sosial şəbəkənin qara siyahıslına daxil edib.

Qomel şəhərində yaşadığı mənzildə həbs edilən 44 yaşlı Azərbaycan vətəndaşına qarşı “fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi